“Roma”nın futbolçusu Manu Kone karyerasını Fransada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, PSJ futbolçunu transfer etmək istəyir. Paris klubu üçün 60 milyon avro ödəməyə hazırdır.
“Roma” Manu Koneni 2024-cü ilin yayında Münhenqladbax “Borussiya”sından transfer edib.
Fransa millisinin üzvü bu mövsüm “canavarlar”ın heyətində 8 rəsmi matçda meydana çıxıb.

