“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç zədəsini sağaldaraq komanda ilə məşqlərə qoşulub.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu kollektivlə birgə hazırlıqlara başlasa da, hələ qarşıdakı oyunlar üçün tam hazır deyil.
Onun oktyabrın 22-də “Atletik”ə qarşı matçda oynayıb-oynamayacağı bilinmir.
Yankoviç Çempionlar Liqasının ilk turunda “Benfika” ilə oyunda zədələnmişdi.

