PSJ-nin qapıçısı Serxio Rikonun səhhətinin stabil olduğu bildirilir.
İdmanxeber.az-ın məlumatına görə, mayın 28-də ispaniyalı futbolçu atdan yıxılaraq ağır xəsarət alıb. O, dərhal tibbi helikopterlə xəstəxanaya çatdırılmışdı.
29 yaşlı qapıçıya beyin qanaması diaqnozu qoyulub.
İspaniyalı 2020-ci ildən PSJ-də çıxış edir. O, ötən mövsüm parislilərin heyətində heç bir matçda forma geyinməyib.

