Azərbaycan II Liqa klubu “Kür Araz”da maliyyə problemləri olduğunu bildirmişdik.
İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik məsələni həll edə bilmir. Oyunçular isə maaşlarını almadıqları üçün etiraz edirlər.
Əmək haqqlarını ala bilməyən futbolçulardan – Həsənli Eltun, İlkin Hüseynov, Nicat Fərəcli, Cavidan Musazadə və Bayram Əliyev komandanın çempionatın son turunda “Ağdaş”a qarşı keçirdiyi matça çıxmayıblar.
Klub rəhbərliyi məcburən heyətdəki yeniyetmələrə şans verib. Görüş “Kür Araz”ın 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

