İdman

Püşk “Qarabağ”ın üzünə gülmədi: İngiltərə, İspaniya və İtaliya klubları Bakıya gəlir – FOTO

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

İdmanxeber.com-un məlumatına görə, əsas raundda iştirak edəcək 32 komanda 8 qrupa bölünüb. Monakoda təşkil olunan tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayıb İlk dəfə bu mərhələdə Azərbaycan da təmsil olunub.

Beşqat Azərbaycan çempionu “Qarabağ” qitənin ən güclü 32 komandası arasında yer aldığından bugünkü tədbirdə rəqiblərini tanıyıb. C qrupuna düşən təmsilçimiz “Çelsi”, “Atletiko” (Madrid) və “Roma”ya rəqib olub.

 

Qeyd edək ki, Monakodakı püşkatma həm də Gənclər Liqasına şamil olunacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu “Qarabağ”ın U-19 komandası da eyni rəqiblərlə bir qrupda çıxış edəcək.


Çempionlar Liqası

Qrup mərhələsi

 

A qrupu

“Benfika” (Portuqaliya)

“Mançester Yunayted” (İngiltərə)

“Bazel” (İsveçrə)

MOİK (Rusiya)

 

B qrupu

“Bavariya” (Almaniya)

PSJ (Fransa)

“Anderlext” (Belçika)

“Seltik” (Şotlandiya)

 

C qrupu

“Çelsi” (İngiltərə)

“Atletiko” (İspaniya)

“Roma” (İtaliya)

“Qarabağ” (Azərbaycan)

 

D qrupu

“Yuventus” (İtaliya)

“Barselona” (İspaniya)

“Olimpiakos” (Yunanıstan)

“Sportinq” (Portuqaliya)

 

E qrupu

“Spartak” (Rusiya)

“Sevilya” (İspaniya)

“Liverpul” (İngiltərə)

“Maribor” (Sloveniya)

 

F qrupu

“Şaxtyor” (Ukrayna)

“Mançester Siti” (İngiltərə)

“Napoli” (İtaliya)

“Feyenord” (Hollandiya)

 

G qrupu

“Monako” (Fransa)

“Porto” (Portuqaliya)

“Beşiktaş” (Türkiyə)

“Leypsiq” (Almaniya)

 

H qrupu

“Real” (İspaniya)

“Borussiya” (Dortmund, Almaniya)

“Tottenhem” (İngiltərə)

APOEL (Kipr)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43