Kateqoriyasız

“Qəbələ”dən ayrıldı, Kipr klubuna keçir

“Qəbələ” ilə müqaviləsi başa çatan Stefan Vukçeviç karyerasını Kiprdə davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi “Enosis”lə razılaşıb. Bu barədə Kipr mətbuatı məlumat yayıb. 25 yaşlı futbolçunun yaxın zamanda rəsmi müqavilə imzalayacağı gözlənilir.

Vukçeviç 2020-ci ilin avqustundan “Qəbələ”də çıxış edirdi. O, bu komanda ilə 58 oyunda 2 qolla yadda qalıb.

Kipr klubu daha əvvəl “Qəbələ”dən ayrılan Fernan Lopesi də transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43