Kateqoriyasız

“Qəbələ”nin futbolçusu əməliyyat olundu

“Qəbələ”nin zədəli futbolçularının son durumu açıqlanıb.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, üç futbolçu komandanın məşq prosesində iştirak etmir.

Sağ ayağının çarpaz bağları qopan Rüfət Əhmədov əməliyyat olunub. Ürfan Abbasov və Yaovi Akakpo isə proqram üzrə bərpa prosesini davam etdirirlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43