Ölkə futbolu

“Qəbələ”nin prezidenti olmaq mənim üçün böyük şərəfdir” – Fariz Nəcəfov

“Qəbələ” İdman Klubunun prezidenti olmaq mənim üçün böyük şərəfdir. Mən Tale Heydərovun başladığı və uzun illər ərzində yüksək səviyyəyə qaldırdığı işi layiqli şəkildə davam etdirməyə çalışacam”.

Bu sözləri “Qəbələ”nin yeni prezidenti Fariz Nəcəfov klubun rəsmi saytına açıqlamasında deyib.

Təyinatı ilə bağlı danışan klub rəhbəri bunları bildirib: “Tale müəllim hər zaman klubun gələcəyinə böyük diqqət ayırıb və mən də akademiyamızda gələcəyin çempionlarının yetişməsi üçün əlimdən gələni edəcəyəm. Onun rəhbərliyi altında klubumuz tək futbolda deyil, digər idman növlərində də böyük uğurlar əldə etmişdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43