06 İyul 2026
Dünya futbolu

“Qalatasaray” Bundesliqadan oyunçu gətirir

“Qalatasaray” “Bayer”dən (Leverkuzen) Kerem Demirbay ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, “sarı-qırmızılar” türk rotasiyasını gücləndirmək üçün heyətinə Demirbayı qatmaq istəyir.

Keremlə həmçinin Bundesliqa və A Seriyası klubları da maraqlanır.

Türk əsilli almaniyalı futbolçu 2019-cu ildən qoşulduğu “Bayer”də 149 oyuna çıxıb, 15 qol vurmağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43