05 İyun 2026
Kateqoriyasız

“Qalatasaray” “İnter”lə danışıqlara başladı

“İnter”in futbolçusu Hakan Çalhanoğlu ölkəsində çıxış edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu bir müddətdir “Qalatasaray”ın maraq dairəsindədir. 

İstanbul nəhəngi artıq “İnter”lə rəsmi danışıqlara başlayıb. 31 yaşlı orta xətt oyunçusu özü “Qalatasaray”ın formasını geyinməyə isti yanaşır.

Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ilin yayından “İnter”də çıxış edir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43