“Qalatasaray” Atletik”in (Bilbao) futbolçusu İnyaki Uilyamsı transfer etmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, Barış Alper Yılmaz klubdan ayrılsa, “Qalatasaray” Uilyamsı transfer etməyə çalışacaq.
30 yaşlı futbolçunun transfer qiyməti 20 milyon avro olaraq təyin olunub.
İnyakinin dəyəri “transfermarkt” portalına görə 20 milyon avrodur.
Qeyd edək ki, Uilyams bu mövsüm çıxış etdiyi 49 matçda 11 qol 9 asistlə yadda qalıb.

