Yenidən Premyer Liqada mübarizə aparacaq “İmişli” baş məşqçi postu ilə bağllı qərarını verib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisinin baş məşqçi postu əcnəbiyə həvalə olunacaq. Bölgə kluba portuqaliyalı mütəxəssis gətirilir.
Adını dəqiqləşdirməyə çalışdığımız çalışdırıcı AFFA-nın xətti ilə “İmişli”yə cəlb olunur.
Belə ki, milli komandanın baş məşqçisi Fernandu Santuşun köməkliyi ilə AFFA “İmişli” üçün Portuqaliyadan baş məşqçi tapıb.
Sözügedən mütəxəssis bu gün komandanın “Difai” ilə matçını stadiondan birbaşa izləyəcək.

