05 İyun 2026
Dünya futbolu

“Qalatasaray” “Mançester Siti” ilə danışıqlara başlayır

“Qalatasaray” müdafiə xəttini gücləndirmək üçün “Mançester Siti”nin futbolçusu Manuel Akanjini  transfer etmək istəyir.

İdmanxeber.az xəbər verir ki, İstanbul klubu isveçrəli müdafiəçi üçün rəsmi təklif göndərib. 30 yaşlı oyunçunun meneceri yaxın günlərdə danışıqlar üçün İstanbula gələcək.

Akanji 2022-ci ildə Dortmund “Borussiya”sından “Siti”yə keçib və hazırda klubla müqaviləsi davam edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43