Dünyadan

“Qalatasaray”dan möhtəşəm transfer həmləsi: Bütün dünya bundan danışacaq

"Qalatasaray" növbəti transfer bombasını partlatmağa yaxındı.

İdmanxeber.com-un məlumatına görə, "Cim Bom" rəhbərliyi Dide Droqbanın əvəzinə "Milan"ın forvardı Mario Balotellini istəyir.

Öncədən Balotellinin meneceri Mino Raiola ilə görüşən Bülənt Tulunun da hesabatını dinləyən Aysal transferi bitirmək üçün Milana getməyi qərarlaşdırıb.

Sözügedən transfer üçün "Milan"ın prezidenti Silvio Berluskoni ilə görüşmək üçün gün istəyən Aysala mayın 28-i məsləhət görülüb. Beləliklə hər iki klubun rəsmiləri arasında mayın 28-də Balotelli transferi və digər məsələlərlə bağlı görüş keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43