12 İyul 2026
Dünyadan

“Qalatasaray”ın “10 nömrə”sinin 100-cü matçı

Bu gün keçiriləcək “Qalatasaray” – “Rizəspor” matçı meydan sahiblərinin ulduz futbolçusu Uesli Sneyder üçün əlamətdar olacaq. 

İdmanxeber.com-un məlumatına görə, sözügedən oyun hollandiyalı yarımmüdafiəçinin sayca 100-cü Super Liqa matçı tarixə düşəcək. 

Məşhur “10 nömrə” bu günə meydana çıxdığı 99 qarşılaşmada 30 qol vurub, 18 assist edib. Sneyder “Qalatasaray”la 2 dəfə ölkə çempionu da olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43