“Qalatasaray”ın futbolçuusu Barış Alper Yılmaz karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, sözügedən ölkədən futbolçuya illik 20 milyon avro maaş təklif edilib. “Qalatasaray” Barış Alper Yılmazı 2021-ci ilin yayında “Ankara Keçiörengücü”dən transfer edib.
Türkiyə millisinin üzvü bu mövsüm “sarı-qırmızılar”ın heyətində meydana çıxdığı 48 rəsmi matçda 14 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

