“Qalatasaray”ın SOCAR-la sponsorluq müqaviləsi bağladığı xəbərini vermişdik.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisinin bu anlaşmadan qazancı da bəlli olub. “Qalatasaray”dan KAP-a verilən məlumata görə, “sarı-qırmızılar” SOCAR-dan illik 5 milyon avro qazanacaq.
Tərəflər arasında 3 illik sözləşmə imzalanıb. İstanbul klubu ümumən bu anlaşmadan 15 milyon avro qazanacaq.
Xatırladaq ki, “Qalatasaray” avrokubok oyunlarına SOCAR yazılı forma ilə çıxacaq.


