Kateqoriyasız

Qara Qarayev: “Bu turnir bizdə fərqli həyəcan yaradır”

Qara Qarayev oyundan öncə açıqlama verib

İdmanxeber.az-ın məlumatına görə, UEFA Millətlər Liqasında sabah Kosovo liə keçiriləcək oyundan öncə millimizin futbolçusu Qara Qarayev açıqlama verib.

“Kosovonu tanıyırıq, nəyə qadir olduqlarını bilirik. Sabah idman şansı da yanımızda olsa, uğur qazanacağıq. Bu turnir bizdə xüsusi, tamam fərqli həyəcan yaradır. Bu, turniri gözləmək həyəcanıdır. Sabah start götürür və sanki millidə yeni era başlayır. Komandada motivasiya baxımından heç bir problem yoxdur. Bizim ən böyük motivasiyamız komanda olaraq bir araya gəlməyimiz, ictimaiyyətin bizdən yüksək nəticə gözləməsidir. Komandada heç bir problem yoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43