Kateqoriyasız

“Qarabağ” “Aberdin”ə qalib gəldi

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” Şotlandiya təmsilçisi “Aberdin”i qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə Ağdam təmsilçisi minimal hesablı qələbə (1:0) sayəsində səfər oyunu öncəsi ciddi üstünlük qazanıb.

Komandalar arasında cavab matçı avqustun 26-da Aberdində keçiriləcək.

Konfrans Liqası
Pley-off (ilk oyun)

19 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Aberdin” (Şotlandiya) – 1:0
Qol: 
Xayme Romero, 30

Baş hakim: Rade Obrenoviç (Sloveniya)
​Tofiq Bəhramov adına Respublika stadionu

“Qarabağ”: Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev(k), Kevin Medina, Abbas Hüseynov, Toral Bayramov, Qara Qarayev, Patrik Andrade, Kadi Borges, Xayme Romero, Abdella Zubir, Ramil Şeydayev
Ehtiyat oyunçular: Emil Balayev, Ayhan Arazlı, Riçard Almeyda, Bəhlul Mustafazadə, Panadero Zamora, İsmayıl İbrahimli, Musa Qurbanlı, Filip Ozobiç, Marko Veşoviç
Baş məşqçi: Qurban Qurbanov

“Aberdin”: Cozeg Luis, Ross Makrori, Deklan Qallaher, Endryu Konsidayn, Skott Braun(k), Luis Ferqyuson, Kelvin Remzi, Cek Makenzi, Cey Emmanuel-Tomas, Kristian Ramires, Funso Oyo
Ehtiyat oyunçular: Hari Vuds, Tom Ritçi, Cek Qurr, Kyeran Nqvenya, Meyson Hankok, Dilan Makqouç, Conni Hayes, Konnor Maklennan, Teddi Cenks, Din Kempbell, Neyl Makqin
Baş məşqçi: Stiven Qross


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43