Ölkə futbolu

“Qarabağ” – “Arsenal”: Azərkeşlərin diqqətinə

UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci mərhələsində “Qarabağ” oktyabrın 4-də Bakı Olimpiya Stadionunda “Arsenal”ı qəbul edəcək.

İdmanxeber.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, azarkeşlərin bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq klub tərəfindən azarkeşlərin xidmətində olacaq.

Azarkeşlər avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl, saat 17:55-dən etibarən istifadə edə bilərlər.

Hazırda “Qarabağ” – “Arsenal” matçına bilet satışı da davam edir. Son məlumata görə, 50 minə yaxın bilet satılıb.

“Qarabağ” – “Arsenal” matçı oktyabrın 4-də keçiriləcək və saat 20:55-də başlayacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43