06 İyul 2026
Ölkə futbolu

“Qarabağ” Azərbaycanın xal ehtiyatını artırdı

“Qarabağ” Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan çempionu buna UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Finlandiyada HİK-ə 2:1 hesabı ilə qalib gəlməklə nail olub.

Bununla ölkənin cari mövsümdəki xalları 2,250 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,500-ə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43