Kateqoriyasız

“Qarabağ” bu futbolçuları UEFA-ya sifariş etdi – Siyahı

“Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı “Sileks”lə oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib.

İdmanxeber.az qurumun saytına istinadən xəbər verir ki, siyahıda 21 futbolçunun adı yer alıb.

Bunlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 9-u yarımmüdafiəçi, 3-ü isə hücumçudur.

Qapıçılar: Emil Balayev, Şahruddin Məhəmmədəliyev, Ayhan Arazlı

Müdafiəçilər: Rahil Məmmədov, Maksim Medvedev (k), Rauf Hüseynli, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina

Yarımmüdafiəçilər: Qara Qarayev, Uroş Matiç, Xayme Romero, Abdullah Zubir, İmayıl İbrahimli, Filip Ozobiç, Toral Bayramov, Donald Gerye, Ruslan Hacıyev

Hücumçular: Mahir Emreli, Kvabena Ovusu, Musa Qurbanlı

Qeyd edək ki, avqustun 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” oyunu saat 20:00-da başlayacaq. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) cütününü güclüsü ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43