Kateqoriyasız

Çempionlar Liqası: “Qarabağ” darmadağınla başladı

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.

İdmanxeber.az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində ölkəmizi son çempion “Qarabağ” təmsil edir

Ağdam təmsilçisi Makedoniya “Sileks”ini qonaq edib. Görüş Qurban Qurbanovun yetirmələrinin qələbəsi ilə başa çatıb – 4:0.

Bununlada “Qarabağ” 2-ci turda  “Şerif” (Moldova) – “Fola” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacağı dəqiqləşib.

18 avqust

Çempionlar Liqası

1-ci təsnifat mərhələsi

20:00. “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya) 4:0
Qollar:
X.Romero, 11, D.Gerye 39, 51, M.Emreli 50

Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43