Kateqoriyasız

“Qarabağ” əsas futbolçusunu Ukraynaya aparmır

“Qarabağ` Ukraynaya yollanır.  

İdmanxeber.com-un məlumatına görə, Avropa Liqasının III mərhələsində `Dnepr`in qonağı olacaq komanda Bakıda sonuncu hazırlığıa çıxıb.

Komanda bu gün səhər Bakı – Kiyev reysiylə hərəkət edəcək. Komandanın uçuşu təxminən 4 saatı əhatə edəcək. Komanda səfərə tam heyətlə yollanır. Sadəcə, zədəli Jumbinyo Bakıda müalicəsini davam etdirəcək.

Sabah, eyni zamanda `Qarabağ`ın baş məşqçisi Qurban Qurbanov oyunun keçiriləcəyi Olimpiya stadionun mətbuat zalında media nümayəndələrinin suallarını cavablayacaq. Mətbuat konfransı yerli vaxtla 18:45-də (Bakı vaxtıyla 20:45) başlayacaq.

Qeyd edək ki, `Dnepr` – `Qarabağ` oyunu 23-ündən 24-ünə keçən gecə 00:05-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43