05 İyul 2026
Ölkə futbolu

“Qarabağ” favoritdir, “Sabah”la “Neftçi”yə inanmadılar

Bu gün klublarımız avrokubok görüşlərində cavab oyununa çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, matçlardan öncə bukmeker konturları qarşılaşmaların favoritlərini açıqlayıb. Futbol biliciləri ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ”ı cuzi fərqlə HİK qarşısında daha şanslı görüb.

Belə ki, Ağdam təmsilçisinin oyunda qalib gəlməsinə 2,21 əmsal verilibsə, Helsinki klubunun qalibiyyəti 2,27 təyin edilib. Matçın heç-heçəsi isə 2,91 əmsalla göstərilib.

Konfrans Liqasında mübarizə aparan “Sabah”ın səfərdə “Partizan”ı məğlub etməsinə az şans verilib. Belqrad təmsilçisinin qələbəsi 1,48 göstərilibsə, Masazır klubunun qalibiyyətinə 3,88 əmsal təyin edilib. Qarşılaşmada bərabərlik ehtimalına 3,38 əmsal verilib .

Mütəxəssislər turnirdəki digər təmsilçisimiz “Neftçi”nin mümkün qələbəsinə inanmayıblar. Matçda 1,05 əmsalla “Beşiktaş” aşkar favorit göstərilib. “Ağ-qaralar”ın qələbəsinə 10,05, heç-heçəyə 5,46 verilib.

Xatırladaq ki, “Qarabağ” ilk oyunda HİK-i 2:1, “Sabah” isə “Partizan”ı 2:0 hesabı ilə məğlub edib. “Nefçti” isə doğma meydanda “Beşiktaş”a 1:3 uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43