Kateqoriyasız

“Qarabağ” – “Ferentsvaroş” oyununun hakimləri açıqlanıb

“Qarabağ” və Macarıstanın “Ferentsvaroş” komandası arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, matçı İsveçdən olan hakimlər briqadası idarə edəcək.

Görüşün referisi Andreas Ekberq yan xətt hakimləri isə Mehmet Çulum və Niklas Nyuberq olacaqlar. Dördüncü hakim funksiyasını isə Adam Ladebek yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 22:00-da başlayacaq. Cavab oyunu avqustun 9-da Budapeştdə baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43