06 İyul 2026
Ölkə futbolu

“Qarabağ” hücumçusu ilə bağlı qərarını verdi

“Qarabağ” daha bir legioner futbolçu ilə yollarını ayırmağa hazırlaşır.

İdmanxeber.az-a verilən məlumata görə, Ağdam təmsilçisi Redon Cicaya gələn təklifləri dəyərləndirəcək. Gözləntilərin altında qalan albaniyalı hücumçu “köhlən atlar”dan ayrılmağa yaxındır.

Futbolçu qışda başqa klublardan təkliflər alsa da, “Qarabağ”da qalmağa qərar vermişdi. Ancaq yayda futbolçununun klubdan ayrılacağı ehtimal edilir.

“Qarabağ” rəhbərliyi də onun gedişina mane olmayacaq. 

Xatırladaq ki, Redon Cicanın Ağdam klubu ilə2026 -cı ilə qədər müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43