İdman

“Qarabağ” – “İnter” matçını xatırlayan əcnəbi

“Qarabağ”ın sabiq oyunçusu, hazırda karyerasını  “Melburn Viktori”  klubunda davam etdirən Leroy Corc açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə,  Avstraliya A-Liqasında finala yüksəlmələrini dəyərləndirən hollandiyalı yarımmüdafiəçi Ağdam klubundakı çıxışını da xatırladıb.O, “Qarabağ”da 2014/2015 mövsümündə İtaliyada “İnter”lə keçirdikləri matçı unuda bilmədiyini söyləyib:

 “Qarabağ”da olarkən “İnter”lə “San Siro”da qarşılaşmışdıq. Milanda çox güclü oyunçularla üz-üzə gəldik. Həmin görüşdə məğlub olsaq da, yaxşı mübarizə aparmışdıq. Mən də yaxşı çıxış etmişdim. Nəticə ürəyimizcə olmamışdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43