“Qarabağ” Azərbaycan Premyer Liqasının 14-cü turunda “İnter”ə qarşı matça ciddi itki ilə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, komandanın hazırki kapitanı Maksim Medvedev “bankirlər”ə qarşı oynamayacaq. Buna səbəb futbolçunun cari mövsümdə 4-cü dəfə sarı vərəqə ilə cəzalandırılmasıdır. Limiti dolduran futbolçu növbəti turda iştirak etməyəcək.
Bundan əlavə, “Qəbələ” ilə matçda qırmızı vərəqə ilə cəzalandırılan Riçard Almeyda da növbəti turda komandasına kömək etməyəcək.