Kateqoriyasız

“Qarabağ” İspaniyadan hücumçu transfer etdi

“Qarabağ” yeni hücumçu transfer edib.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu Xayme Romeronun qardaşı Daniel Romeronu heyətinə cəlb edib. 1996-cı il təvəllüd hücumçu əvəzedici komandada çıxış edəcək.

Sözügedən futbolçu I Divizionun III turunda “Zirə-2” ilə oyunda debüt şansı əldə etməyib. Onun qarşıdakı turlarda “köhlən atlar”da debüt edəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43