Lənkəranda “Xəzər Lənkəran”ı məğlub edə bilməyən “Qarabağ” cidid itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun aparıcı üzvü Rəşad Sadıqov sarı vərəqə almaqla cəzalı duruma düşüb. Kapitan Premyer Liqanın 34-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirəcəkləri oyunu buraxmalı olacaq.
Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” matçı mayın 16-da baş tutacaq.

