Kateqoriyasız

“Qarabağ” “Lex”i keçə bilsə…

Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

İdmanxeber.az xəbər verir ki, UEFA püşkatmadan bir gün öncə komandaları və cütləri qruplara bölüb.

Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqiblərinin sayı 5-ə enib.

Ağdam klubu Polşa “Lex”ini keçsə o zaman aşağıdakı komandaların biri ilə qarşılaşacaq.

“Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan)

“Şkupi” (Şimali Makedoniya) – “Linkoln” (Cəbəllütariq)

“Sürix” (İsveçrə)

2-ci təsnifat mərhələsinin püşkatması bu gün Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43