Kateqoriyasız

“Qarabağ” “Marsel”lə oyunlar üçün bu futbolçuları sifariş etdi – Siyahı

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransa “Marsel”i ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.

İdmanxeber.az xəbər verir ki, siyahıda yeni transferlər – qapıçı Luka Quqeşaşvili, yarımmüdafiəçi Leandro Andrade və hücumçu Rüstəm Əhmədzadə də yer alıb.

Kiprin AEK (Larnaka) komandasına icarəyə verilmiş Qaspar Panadero, uzun müddətdir zədəli olan Xayme Romero və Antalyadakı toplanışda 10 ay müddətinə sıradan çıxan Hüseyn Hüseynzadə heyətdən kənarda qalıb:

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 89. Amin Ramazanov, 23. Luka Quqeşaşvili, 94. Ayhan Arazlı (B siyahısı);

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 24. Zamiq Əliyev (B siyahısı), 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 83, Nihad Quliyev (B siyahısı), 15. Leandro Andrade;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Patrik Andrade, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 27. Toral Bayramov (B siyahısı);

Hücumçular: 22. Musa Qurbanlı (B siyahısı), 25. İbrahima Vadji, 77. Ramil Şeydayev, 97. Rüstəm Əhmədzadə.

“Qarabağ” “Marsel”lə ilə ilk matçını fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də Bakıda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43