09 İyul 2026
Ölkə futbolu

“Qarabağ” – “Nyukasl” matçına nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “Nyukasl” (İngiltərə) qarşılaşmasına bilet satışı davam edir. 

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisinin yaydığı son məlumata görə, artıq 18 750 bilet satılıb.

Xatırladaq ki, matç fevralın 18-də, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti saat 21:45-də səslənəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43