Ölkə futbolu

“Qarabağ” – PAOK matçının biletləri satışa çıxarılır

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" oktyabrın 20-si saat 21:00- da Yunanıstanın PAOK klubunu qəbul edəcək.

İdmanxeber.com xəbər verir ki, qarşılaşmanın biletləri oktyabrın bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Sektorlara biletlər 1, 2, 5, 10, 20 manata, VİP biletlər isə 50 manata satılıb.

"Qarabağ" – PAOK matçı oktyabrın 20-si saat 21:00-da Respublika stadionunda start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43