Kateqoriyasız

“Qarabağ” portuqaliyalı vinger transfer edir

“Qarabağ” heyətini yeni futbolçu ilə guçləndirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi Bolqarıstanın “Çerno More” klubunda çıxış edən portuqaliyalı futbolçu Leandro Andradeni transfer etmək istəyir. “Transfermarkt” saytı 23 yaşlı hücumameylli yarımmüdafiəçini “Qarabağ”ın yeni transferi kimi təqdim edib.

Qeyd edək ki, gənc vinger karyerası ərzində ölkəsinin “Sportinq”, “Olyanense” və “Fatima” klublarında da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43