İdman

“Qarabağ” qrup mərhələsində !

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, təmsilçilərimizdən "Qarabağ" öz meydanında İsveçin "Göteborq" kollektivi ilə üz-üzə gələcək.

Səfərdə keçirilən matçda minimal hesabla məğlub olan Qurban Qurbanovun komandası cavab matçında qol buraxmadan ən azı 2 top fərqi ilə qalib gəlməlidir ki, qrup mərhələsinə vəsiqə qazansın.

Əgər Ağdam klubu bunu bacarsa, tarixində 3-cü dəfə qrup mərhələsinə vəsiqə qazanacaq.

25 avqust

Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu

20:30. "Qarabağ" (Azərbaycan) 3-0 "Qöteborq" (İsveç)
Qol: Rəşad Sadıqov 19, Muarem Muarem 26, Dani Kintana 51.

İlk oyun 0:1

Baş hakim: Vladislav Bezborodov

Yan xətt hakimləri: Valeri Dançenko, Maksim Qavrilin

Dördüncü hakim: Kiril Levnikov (hamısı Rusiya)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43