Premyer Liqanın 33-cü turunda səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq “Qarabağ” bu oyuna ciddi itki ilə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun müdafiəçisi Ansi Aqolli “Qəbələ” ilə oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüb. Onun Lənkəran səfərində meydana çıxmayacağı dəqiqdi.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qarabağ” qarşılaşması mayın 8-də keçiriləcək.

