Kateqoriyasız

“Qarabağ”ın ən məhsuldar səfəri

“Qarabağ” Azərbaycan çempionatlarında ən məhsuldar səfər oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, Ağdam klubu Misli Premyer Liqasının VII turunda “Zirə”nin qapısına 7 qol vurub. Bu, bölgə təmsilçisinin səfər görüşləri üçün yeni rekorddur.

“Qarabağ” 1992-ci ildən keçirilən ölkə çempionatlarında yalnız öz meydanında 7 və ya daha çox qol vurmağı bacarmışdı. 7:1 hesablı qələbə qazanan ağdamlılar həm də ən böyükhesablı səfər qalibiyyətini təkrarlayıb. Bu, “Qarabağ”ın rəqib meydanındaki altı top fərqli 5-ci uğurudur.

Bu, həm də “Zirə”nin 7 qol buraxdığı ilk qarşılaşmadır. Qəsəbə təmsilçisi tarixində 3-cü dəfə 6 top fərqilə uduzub.

Zirədəki oyun həm mövsümün ən məhsuldar matçı, həm də ən böyükhesablı nəticəsi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43