Kateqoriyasız Ölkə futbolu

“Qarabağ”ın daha bir yeni transferi zədələnib

“Qarabağ”ın yeni transferi Adama Diakabinin “Neftçi” ilə oyunda meydanda olmamasının səbəbi müəyyənləşib.

Klubdan idmanxeber.az-a verilən məlumata görə, o zədə səbəbindən sözügedən görüşdə iştirak edə bilməyib. Fransalı futbolçu qarşılaşmadan öncə ayağından yüngül zədə alıb.

Bu səbəbdən də Qurban Qurbanov onu risk etmək istəməyib. Diakabinin durumunun ciddi olmadığı bildirilir.

O, qarşıdakı turda “Qəbələ” ilə görüşdə meydana çıxa biləcək.

Xatırladaq ki, komandanın yeni transferlərindən Yassin Benzia da 4-5 həftəlik sıradan çıxıb.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43