Dünyadan

“Qarabağ”ın futbolçusu Avroliqada III turun ən yaxşısı seçilə bilər

“Qarabağ”ın futbolçusu Dani Kintana Avropa Liqasında qrup mərhələsinin III turunun ən yaxşı oyunçusu seçilə bilər.

UEFA azarkeşlər arasında həftənin ən yaxşı oyunçusunu seçmək üçün keçirdiyi sorğuda Ağdam klubunun yarımmüdafiəçisi Dani Kintananın da adı var. PAOK-la oyunda qol vuran ispaniyalı futbolçu səsvermənin bitməsinə 5 saat qalmış 70 faizlə 1-ci yerdədir.

Onun ən yaxın izləyicisi 9 faiz səslə “Manchester United”in ulduz futbolçusu Pol Poqbadır.

Səs vermək üçün link: http://mvp.uefa.com/en/uefaeuropaleague/results


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43