Kateqoriyasız

“Qarabağ”ın futbolçusu: “Oyunun əvvəllərində vurduğları qol bizi ruhdan saldı”

"Məğlub olmağımız xoş deyil, amma bu bir yoldaşlıq görüşü idi. Öz səhvlərimizi görməyimiz üçün vacib oyun oldu. Növbəti oyunlarda bu səhvləri düzəltməyə çalışacağıq"

Bu sözləri idmanxeber.com saytının Antalyaya ezam olunmuş muxbirinə açıqlamasında "Qarabağ"ın futbolçusu Danilo Dias “RNK Split”ə 1:3 hesabı ilə məğlub olduğları matçdan sonra deyib:

"Oyunun əvvəllərində vurduğları qol bizi ruhdan saldı, sonra çox vəziyyətlər yaratsaq da bu nəticəyə təsir etmədi. Baş məşqçimiz səhvləri gördü və bizə lazım olan tapşırıqları verəcək".

Dias Antalyadakı toplanışın onun üçün vacib olduğunu da qeyd edib:

"Türkiyədəki toplanış mənim üçün fürsətdir ki, əvvəlki formamı bərpa edim. Bunun üçün də əlimdən gələni edirəm".

Sonda brazilyalı UEFA-nın fevralın 5-də keçirəcəyi iclas ilə bağlı da fikirlərini bildirb:

"Ümid edirəm ki, fevralın 5-də keçiriləcək iclasda hər şey bizim üçün yaxşı olacaq. Əgər bir qapı bağlacacaqsa belə, digər qapıların açılmasına ümid edirəm"
Səxavət QURBANOV_ Antalya


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43