Kateqoriyasız

Muarem Muarem: “Onlar lazım olan pulu ödəmədikləri üçün burda qaldım”

"Yaxşı gedir hər şey, daha da güclü məşqlərə başlamışıq. Çempionat başlamadan, hazır olacağıq".

Bu sözləri idmanxeber.com saytının Antalyaya ezam olunmuş muxbirinə açıqlamasında "Qarabağ"ın futbolçusu Muarem Muarem “RNK Split”ə 1:3 hesabı ilə məğlub olduğları matçdan sonra deyib:

"Hazırlığa yeni start vermişik onun üçün bu oyunda biraz çətinliklər oldu amma qarşıda 5 görüşümüz var onlarda daha yaxşı nəticələr qazanmağa çalışacağıq".

Muarem "Eskişehirspor"a transfer olunması ilə bağlı da danışıb:

"Qurban Qurbanovla da danışmışdım, klub razı olsa idi, mən də razılaşıb gedəcəkdim. Onlar lazım olan pulu ödəmədiklər üçün burda qaldım. Burda qaldıqım üçün də çox xoşbəxtəm. Ən azından may ayına kimi "Qarabağ"dayam.

Məndə istəyərəm böyük klublarda oynamaq, amma "Qarabağ" mənim üçün o klublardan da böyük klubdur"
Səxavət QURBANOV_ Antalya

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43