“Qarabağ”ın Çexiyanın “Viktoriya” (Plzen) klubuna qarşı keçirəcəyi oyunların təqvimi açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, “köhlən atlar” ilk matçını avqustun 17-də Bakıda oynayacaq. Görüş saat 20:45-də başlayacaq.
Komandalar arasında cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində Macarıstan “Ferentsvaroş”unu mübarizədən kənarlaşdırıb.