UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın mümkün rəqibləri olan “Ludoqorets” və “Ferentsvaroş” ilk oyunda qarşılaşıb.
İdmanxeber.az-ın məlumatına görə, Razqradda keçirilən matç qolsuz bərabərliklə başa çatıb.
Əgər “Qarabağ” “Şkendiya”nı keçsə, bu cütün qalibi ilə qarşılaşacaq.
Əks halda, Avropa Liqasında yoluna davam edərək həmin cütün məğlubu ilə oynayacaq.

