Bu gün “Qarabağ” Çempionlar Liqasında pley-off mərhələsində ilk oyununa çıxıb.
İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisi “Ferensvaroş”la qarşılaşıb. Görüş təmsilçimizin qələbəsilə başa çatıb – 3:1.
Qarşılaşma Türkiyənin “tabiispor” platformasından da canlı yayımlanıb. Türkiyəli şərhçinin “Qarabağ”ın qollarına verdiyi reaksiya sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

