15 İyun 2026
Dünya futbolu

“Qarabağ”ın rəqibi gücləndi

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Şelburn” heyətinə yeni futbolçu qatıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda İngiltərənin “Vest Hem” klubunda çıxış edən Şon Muru heyətinə qatıb.

Onunla imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Xatırladaq ki, “Qarabağ” ilk görüşdə səfərdə “Şelburn”a 3:0 hesabı ilə qali gəlib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43