05 İyun 2026
Dünya futbolu

“Qarabağ”ın rəqibi istəyinə çatdı

“Atletik” “Əl-Nəsr”dən transfer etdiyi Aymerik Laportun qeydiyyat məsələsini həll edib.

İdmanxeber.az xəbər verir ki, sənədlərin gecikməsi səbəbindən əvvəlcə baş tutmayan keçid artıq rəsmiləşib və 31 yaşlı müdafiəçi Bilbao klubunun heyətinə qoşulub.

Qeyd edək ki, “Atletik” Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibidir. Komandalar arasında görüş oktyabrın 22-də İspaniyada keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43