Kateqoriyasız

“Qarabağ”la oyun öncəsi “Sürix” azarkeşləridən boykot qərarı

“Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində səfərdə “Sürix”in qonağı olacaq.

İdmanxeber.az-ın məlumatına görə, İsveçrə təmsilçisinin tərəfdarlarının bir qismi oyunu boykot etmək niyyətindədir. Onlar klubun sosial şəbəkə hesabında azarkeşləri görüşə getməməyə çağırıb.

Fanatlar bu qərarlarına səbəb göstərməyib. Bu səbəbdən də oyun vaxtı stadionun tam dolu olmaması ehtimal olunur.

“Sürix” – “Qarabağ” matçı bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43