Dünya futbolu

“Qarabağ”la oyunları görmədən getdi

Yunanıstanın “Olimpiakos” klubu baş məşqçisi Karlos Korberanla yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, 39 yaşlı mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndərilib.

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiakos” Yunanıstan çempionatında V turda “Aris”ə uduzub – 1:2. Pirey təmsilçisi Super Liqada 5-ci sıradadır.

“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43